EN

74 il evli olan cütlük eyni gün gözlərini yumdu - FOTO

Türkiyənin Ordu şəhərində 74 il evli olan cütlük 14 saat fərqlə dünyasını dəyişib.

Paralel.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, noyabrın 5-i səhər saatlarında 92 yaşlı Ayşə Təkə  evində dünyasını dəyişib.  Ayşə Təkənin həyat yoldaşı, 95 yaşlı Vəli Təkə də, 14 saat sonra xəstəxanada dünyasını dəyişib.

4 övladı olan cütlük rayon qəbiristanlığında birlikdə dəfn edilib.(Milli.Az)

Chosen
8
3
paralel.az

10Sources