Almaniya kansleri Olaf Şolsun baş iqtisadi müşaviri Yorq Kukis ölkənin yeni maliyyə naziri olacaq.
Musavat.com xəbər verir ki, məlumatı Financial Times qəzeti yayıb.
Amerikanın Goldman Sachs Qrupunda keçmiş bankir olan Kukis Şols ilə 2018-ci ildən, Maliyyə Nazirliyində dövlət katibi vəzifəsinə dəvət olunduqdan sonra işləyir. O zaman Şols maliyyə naziri vəzifəsini icra edirdi.
Şols 2021-ci ildə kansler olduqdan sonra Kukisi baş iqtisadi müşaviri təyin edib.
Şols dünən Almaniyanın maliyyə naziri Kristian Lindneri hakim koalisiyanın bir hissəsi olan Azad Demokrat Partiyasından istefaya göndərib. Kansler bu qərarını nazirin büdcə məsələlərinin həlli zamanı qeyri-konstruktiv fəaliyyət göstərməsi və zəruri qanunların qəbuluna mane olması ilə izah edib.
Musavat.com