Barselona"nın 17 yaşlı mərkəz müdafiəçisi Pau Kubarsi sosial şəbəkə hesablarında Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda aldığı xəsarətlərdən sonra çəkilən fotosunu paylaşıb.
Fanat.Az xəbər verir ki, "Srvena Zvezda" ilə səfər matçında rəqib müdafiəçi Uroş Spaiçlə toqquşan və üzü tanınmaz hala düşən Kubarsi fotoya şərh də yazıb:
"Barselona"nın emblemi naminə hər şey".
İspaniya mətbuatındakı məlumatlara görə, Paunun üzünə 10 tikiş qoyulub.