Prezident Ərdoğan Macarıstanı tərk edib
Prezident Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyi Zirvə toplantısında iştirak etmək üçün getdiyi Macarıstanın paytaxtı Budapeşti tərk edib.
Prezident Ərdoğan Macarıstanı tərk edib
Prezident Ərdoğanı Ferenc Liszt Beynəlxalq Hava Limanından Macarıstanın dövlət naziri Gergely Gulyas və Türkiyənin Budapeştdəki səfiri Gülşen Karanis Ekşioğlu yola salıblar.
Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, prezidentin kommunikasiya direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da Macarıstanı tərk ediblər.