EN

Qara zeytun, ağ zeytun? Hər ikisi olsun dostun

Pəhriz həkimləri bildirirlər ki, zeytundan müntəzəm istifadə immunitet sistemini gücləndirməyə kömək edir. Antioksidant mənbəyi olduğu üçün zeytun ürək sağlamlığını dəstəkləyir. Qida dəyəri yüksək olan bu qidanın həm qara, həm də yaşıl çeşidləri mövcuddur. Qara və yaşıl zeytun unikal qida profilinə malikdir və faydaları ilə fərqlənir.

Xalq təbabəti ilə məşğul olan mütəxəssislərin fikrincə, yetişəndə qara zeytun mayalanır. Belə ki, bu prosesdə onların rəngləri dəyişir. Qara zeytun istehlakı həzm sistemini tənzimləməyə kömək edir və hüceyrə sağlamlığını dəstəkləyir.

Yaşıl zeytun yığıldıqdan dərhal sonra istehlak edilə bilər. Buna görə də daha az yetişir. Yaşıl zeytun tərkibindəki polifenollar vasitəsilə iltihab əleyhinə təsir göstərir.

Hansı zeytun növünü seçmək, ümumiyyətlə, şəxsi zövqlərdən və pəhriz üstünlüklərindən asılıdır.

Z.HÜSEYNLİ
XQ

Chosen
11
xalqqazeti.az

1Sources