EN

“Həmişə çıxış yolu tapılmalıdır” - Fernandu Santuş

Həmişə çıxış yolu tapılmalıdır. SİA xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında Estoniya və İsveç yığması ilə oyunlarla bağlı mətbuat konfransında deyib.

Mütəxəssis hücumdakı problemləri necə həll edəcəkləri ilə bağlı sualı cavablandırıb:

“Həmişə çıxış yolu tapılmalıdır. Əlimizdə olan materiallardan istifadə edəcəyik. Qarşıdan gələn məşqlərdə oyunçuları yoxlayacağıq və kimin hücumda oynaya biləcəyinə qərar verəcəyik”.

O, “Araz-Naxçıvan”ın futbolçusu Mustafa Əhmədzadənin oyununun onun diqqətini cəlb etdiyini bildirib:

“Mustafanın oyununu gördüm və məni cəlb etdi. Oyunu ilə diqqətimizi cəlb etdiyi üçün onu məşqlərə dəvət etməyi qərara aldıq”.

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə Estoniya ilə qarşılaşacaq Azərbaycan yığması bundan 3 gün sonra səfərdə İsveçin qonağı olacaq.

Chosen
12
5
sia.az

5Sources