EN

Cavan getmişdik, qoca qayıtdıq... - Video

Zəfər Gününü ata yurdlarında qeyd edən Şuşa sakinləri Baku TV-yə danışıblar.

Axar.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi, Şuşa sakini Cahid Ələkbərov ailəsi ilə birlikdə doğma torpağında yaşadığı üçün xoşbəxt olduğunu bildirib:

"30 il həsrət çəkdik. Torpaqlarımızdan gənc yaşımızda çıxmışdıq. Qocalıb qayıtdıq. Şuşaya təzə köçsək də, mən torpaqlarımız azad olunan vaxtdan buradayam".

Şuşa sakini Vəsilə Ələkbərova da öz torpağında olmaqdan qürur duyduğunu bildirib:

"Hər şeyi şəhidlərimizə borcluyuq. Elə şəhid övladları var ki, atasını görməyib, ancaq məzarından tanıyır. O övladların qarşısında baş əyirəm".

Daha ətraflı süjetdə:

Chosen
38
2
axar.az

3Sources