EN

Vətən müharibəsi iştirakçısının övladı dünyaya gəldi, adını Zəfər qoydu – FOTO

İkinci Qarabağ müharibəsinin iştirakçısı Novruz Rəsulovun övladı dünyaya gəlib.

Bu haqda Medianews.az-a məlumatı qəhrəmanın özü verib:

“Bu gün bizim çox sevincli, həm də kədərli günümüzdür. Sevincli günümüzdür ki, biz 30 ildir düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etmişik. Kədərlənirik ona görə ki, şəhidlərimiz bu günü görmədi.. İkinci Qarabağ müharibəsində mən də iştirak etmişəm. Ağır döyüşlərdə yaralanmışam.

3-cü qrup əliləm. Füzuli və Xocavənd rayonlarında döyüşdə olmuşam. Övladım da 4 il əvvəl yaralandığım gün dünyaya gəlib, bu gün də onu xəstəxanadan çıxartmışıq. Oğlumuza Zəfər adını vermişik. Övladımın həkimi Günay Fərəcovadır. O hər iki övladımı təmənnasız dünyaya gətirib. Bu xoş gündə məni silahdaşlarım, qazi qardaşlarım da tək qoymadılar.

Abşeron rayon qaziləri, Süleyman Cəfərov başda olmaqla hər biri bu gün yanımda idilər. Çox sevincli gündür. Allah hər bir valideynə övlad payı nəsib etsin. Zəfərimiz, uğurlarımız daimi olsun. Övladıma da qəhrəmanlıq, mərdlik arzulayıram”, – deyə yeni doğulan körpənin atası bildirib.

Chosen
91
50
medianews.az

10Sources