EN

Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır

Avropa İttifaqı Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır.

“Far.Az” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

“Bəli, Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayırıq. Biz sanksiyalardan yayınmaya qarşı mübarizəni gücləndirməliyik”, – o qeyd edib.

Daha əvvəl “Politico” qəzetinin Avropa nəşri bildirmişdi ki, Aİ ölkələri yanvar ayında Rusiyanın enerji ixracına qarşı yönəlmiş 15-ci sanksiya paketinin hazırlanmasını sürətləndirəcəklər.

Chosen
58
7
far.az

10Sources