EN

Bu ölkədə güclü zəlzələ oldu

Kuba sahillərində güclü zəlzələ baş verib.Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təkanların gücü 6,8 bal olaraq ölçülüb. Zəlzələnin episentri ölkənin Qranma əyalətində, yer səthindən 17 km dərinlikdə baş verib. Təxminən 53 min nəfərin yaşadığı bu bölgədə hələlik tələfat və ya dağıntılar qeydə alınmayıb. Sunami riski də elan edilməyib.

Chosen
52
metbuat.az

1Sources