Sumqayıt şəhərində iki nəfər bıçaqlanıb.
“Report”un yerli bürosu məlumat verir ki, şəhərin 76-cı məhəllə ərazisində 1997-ci il təvəllüdlü Xəlifzadə Ceyhun Əşrəf oğlu və 1992-ci il təvəllüdlü İsmayılov Zahir Novruz oğlu bıçaqlanıb.
Ceyhun Xəlifzadə xəstəxananın qarşısında keçinib, digər yaralı tibb müəssisəsinə yerləşdirilib və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində qeydə alınıb.
Bıçaq yaraları alan 1997-ci il təvəllüdlü Xəlifzadə Ceyhun Əşrəf oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, tibb müəssisəsinin qarşısında ölüb.
Faktla bağlı araşdırma aparılır.