EN

İsrailin hücumları Livanda azı 43 nəfərin ölümünə səbəb olub

İsrail Hərbi Hava Qüvvələri noyabrın 10-da Livanın şimal-şərqində "Hizbullah" hədəflərinə irimiqyaslı zərbələr endirib, nəticədə azı 12 nəfər ölüb, onlarla insan yaralanıb. SİA xəbər verir ki, bu barədə "Elnashra" xəbər portalı məlumat yayıb.

Məlumata görə, qurbanlar barədə məlumat Hermel-Baalbek əyalətinin Bednail, Zeqrin, Sarin və Şaas yaşayış məntəqələrindən daxil olub.

İsrailin Suriya ilə sərhəddə yerləşən Əl-Qəsr kəndinə hücumu nəticəsində daha 5 nəfər həlak olub. Onların "Hizbullah" üzvləri və ya mülki şəxslər olduğu hələlik məlum deyil.

Cənubda pilotsuz təyyarənin təcili yardım qruplarını vurması nəticəsində üç tibb işçisi həlak olub.

Səhər saatlarında İsrail təyyarələri Livanın şimalındakı Keservan Cbeil əyalətində Almat kəndinə hava hücumu həyata keçirib. Nəticədə Bekaa vadisindən oraya qaçan livanlı ailələrdən 23 nəfərin öldürüldüyü, qurbanlar arasında uşaqlar və qadınların da olduğu bildirilir.

Chosen
52
11
sesqazeti.az

10Sources