EN

Braziliya rəsmisi: "Azərbaycanla davamlılıq sahəsində birgə fəaliyyət göstərəcəyik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan və Braziliya gələcəkdə davamlılıq sahəsində birgə fəaliyyət göstərəcəklər".
Bunu "Report"a açıqlamasında Braziliyanın COP30 üzrə fövqəladə katibi Olmo Xavier bildirib.
Xatırladaq ki, Braziliya BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasına (COP29) ev sahibliyi edəcək.
Qonaq bildirib ki, Braziliya hökumətində davamlılıq sahəsində müxtəlif şöbələr fəaliyyət göstərir və onlar mütəmadi olaraq əməkdaşlıqlar quraraq, konkret layihələr həyata keçirirlər. Həmçinin, davamlılıqla bağlı maliyyə məsələlərinin həlli və müasir tədqiqatların aparılması üçün müvafiq addımlar atılmaqdadır.
O.Xavier vurğulayıb ki, Braziliya bu sahədə böyük irəliləyişlər əldə etmək, beynəlxalq əməkdaşlıqları gücləndirmək və daha çox uğur qazanmaq niyyətindədir:
"Odur ki, Azərbaycanla birgə fəaliyyət göstərərək, həm regional, həm də qlobal miqyasda davamlı inkişafı təmin etmək üçün mühüm layihələrə imza atmağı planlaşdırırıq".
"Bu əməkdaşlıq, hər iki ölkənin ekoloji, sosial və iqtisadi sahələrdə daha dayanıqlı inkişaf əldə etməsinə, eləcə də müasir texnologiyalar və innovasiyaların tətbiqinə şərait yaradacaq", - deyə Braziliya rəsmisi qeyd edib.
Chosen
97
50
oxu.az

10Sources