EN

Ruslar raket atdı: Borrel sığınacağa qaçdı - FOTO

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Kiyevdə hava hücumu xəbərdarlığı səbəbindən bazar ertəsi səhərini sığınacaqda keçirib.

Bakupost.az xəbər verir ki, bu barədə o, noyabrın 11-də "X" sosial şəbəkəsində yazıb.

“Rusiya növbəti raket zərbəsi endirir və mən günümə Kiyevdəki bomba sığınacağında başlayıram. Bu, Rusiyanın genişmiqyaslı müdaxilədən sonra Ukrayna xalqı üçün gündəlik reallıqdır”, - deyə siyasətçi qeyd edib.

Aİ-nin ali nümayəndəsi Kiyevdə həyəcan siqnalı səslənən zaman sığınacaqda olduğunu əks etdirən şəklini dərc edib.

Xatırladaq ki, gecə Hərbi Hava Qüvvələri Rusiyada səkkiz Tu-95MS təyyarəsinin havaya qalxması ilə bağlı xəbərdarlıq edib. Daha sonra onların qanadlı raketlər buraxdıqları iddia edilib. Səhər saatlarında Ukrayna Silahlı Qüvvələri "Kinjal" raketlərini daşıyan MiQ-31K qırıcısının Rusiyada havaya qalxması ilə əlaqədar hava hücumu xəbərdarlığı barədə məlumat verib.

Lakin strateji aviasiya raketlərinin buraxılması təsdiqlənməyib. Noyabrın 11-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə iki idarə olunan raket və 74 pilotsuz uçan aparatı atıblar. Ukrayna hava hücumundan müdafiə qüvvələri raketləri və 39 pilotsuz uçuş aparatını məhv edib.

Zaur, BakuPost

Chosen
24
bakupost.az

1Sources