EN

Kler Miranda: İqlim maliyyələşdirilməsi ildə 5 trilyon dollara qədər artırılmalıdır

İqlim maliyyələşdirilməsi iqlim dəyişmələri ilə mübarizədə mühüm rol oynayır.

Bu barədə Bakıda COP29 çərçivəsində "İqlim ədaləti naminə qlobal kampaniya" mövzusunda keçirilən konfransda bildirilib.

Spikerlər inkişaf etməkdə olan ölkələrin üzləşdiyi problemləri və birinci dünya ölkələrinin iqlim problemlərinin həllinə kifayət qədər vəsait yatırmaq istəməməsi məsələsini müzakirə ediblər.

"İnkişaf etmiş ölkələr dünya ictimaiyyətinin diqqətini dövlət iqlim maliyyəsi məsələsindən yayındırır. İqlim sammitlərində maliyyələşdirmə və inkişaf etmiş ölkələrin üzərinə götürməli olduğu məsuliyyət məsələsini müzakirə etməmək mümkün deyil", - "Üçüncü dünya şəbəkəsi" təşkilatının nümayəndəsi Mina Raman bildirib.

Onun fikrincə, bu, qlobal cənub üçün ən əsas məsələdir.

Öz növbəsində, Asiya Borc və İnkişaf üzrə Xalq Hərəkatının (APMDD) nümayəndəsi Kler Miranda vurğulayıb ki, iqlim maliyyələşdirilməsi ildə 5 trilyon dollara qədər artırılmalıdır, çünki indiki həcm kifayət deyil.

"Bu 5 trilyon təkcə təsirlərin yumşaldılmasını və adaptasiyanı deyil, həm də itki və zərərin ödənilməsini əhatə etməli, eləcə də keçid dövrünü nəzərə almalıdır. İtki və zərər ikinci plana keçirilə və ya çoxtərəfli inkişaf banklarının üzərinə qoyula bilməz", - o bildirib.

Spikerlər, həmçinin Paris Sazişinin karbon kreditləri haqqında 6-cı maddəsinə aid məsələlərə də toxunublar.

“IBON International” iqlim É™dalÉ™ti proqramının nümayÉ™ndÉ™si Caks Bonqon qeyd edib ki, karbon maliyyÉ™ləşdirilmÉ™si vÉ™ ya bazarlardan É™ldÉ™ edilÉ™n maliyyÉ™ iqlim maliyyÉ™ləşdirilmÉ™si deyil. O, bunu inkiÅŸaf etmiÅŸ ölkÉ™lÉ™rin karbon bazarlarından iqlim töhfÉ™lÉ™rindÉ™n yayınmaq üçün istifadÉ™ etmÉ™si ilÉ™ izah edib ki, bu da qlobal cÉ™nub ölkÉ™lÉ™rinÉ™ mÉ™nfi tÉ™sir göstÉ™rir.

"İqlim maliyyələşdirilməsi dəstəkləməli olduğu icmalara zərər verən mexanizmlər hesabına həyata keçirilməməlidir", - nümayəndə əlavə edib.

Chosen
25
1
sam.az

2Sources