EN

Ruben Amorimin “Mançester Yunayted”ə qoşulması ləngiyir

39 yaşlı portuqal mütəxəssis Ruben Amorimin “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə rəsmi təyinatı ləngiyir.

Arena.az ESPN şəbəkəsinə istinadən məlumat verir ki, Amorim bu gün, Bazar ertəsi Mançesterə gəlməlidir, amma potuqal mütəxəssis hələ də işə başlamaq üçün rəsmi icazə gözləyir.

Hazırda Ruben Amorim vizasının təsdiqini gözləyir.

Xatırladaq ki, Amorim Lissabon “Sportinq”ində təhvil-təslimini başa vurub, noyabırn 11-də “qırmızı şeytanlar”ın sükanını əlinə almalı idi. Hazırda bu məsələ hələ ləngiyir. Amorimin “Mançester Yunayted”in baş məşqçisi olaraq debütü noyabrın 24-də “İpsviç Taun”la oyuna təyin edilib.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. “Sportinq”də Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvə idi.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

Portuqal mütəxəssislə qovuşmağa hazırlaşan “qırmızı şeytanlar” hazırda niderlandlı mütəxəssis Rud van Nistelroyun müvəqqəti rəhbərliyi altındadırlar. İngiltərə Premyer Liqasının 11 turundan sonra “Mançester Yunayted” 15 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Chosen
48
7
arena.az

10Sources