EN

Hakimi vuran klub prezidenti 3 ildən çox həbs cəzası aldı


Türkiyənin “Ankaragücü” klubunun sabiq prezidenti Faruk Koca 3 il 7 ay 22 gün həbs cəzası alıb.
Yeniavaz.com
TRT-yə istinadla xəbər verir ki, buna səbəb onun ötən mövsüm “Çaykur Rizespor”la matçda hakim Halil Umut Meleri yumruqla vurması olub.
Məhkəmə Kocaya “təhdid” maddəsi ilə 6 ay 20 gün həbs, “İdmanda zorakılığın və asayişin qarşısının alınması haqqında qanunu pozmaq” maddəsi ilə 5 ay həbs cəzası verib və bu cinayətlərə görə hökmün elan edilməsini təxirə salıb.
Həmin matçdan sonra klub prezidenti istefa verib.
Chosen
20
yeniavaz.com

1Sources