Avropa Birliyi (AB) Cənubi Qafqazda sabitlik, sülh və rifaha yönəlmiş bütün səyləri əvvəlki kimi dəstəkləməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel X hesabında yazıb.
"Keçən həftə Budapeştdə baş nazir Nikol Paşinyanla görüşümdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyətini müzakirə etdik. AB Cənubi Qafqazda sabitlik, sülh və rifaha yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır. Mən, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi təxirəsalınmaz iqlim gündəliyi nöqteyi-nəzərindən vacib məqam olan COP29-un keçirilməsi münasibətilə təbrik etdim. AB maliyyə həmrəyliyi və iqlim hədəflərimizə sadiqdir", - o qeyd edib.
Ş.Mişelin sözlərinə görə, görüş zamanı ikitərəfli münasibətlərin inkişafı məsələsi də müzakirə edilib.