EN

Ərəb Liqası və İƏT İsraillə bağlı bəyanat qəbul etdi

Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr Ər-Riyadda keçirilən Yaxın Şərqdəki vəziyyətlə bağlı təşkilatların fövqəladə sammitinin yekun bəyanatını qəbul ediblər.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, görüş iştirakçıları Qəzza zolağında və Livandakı münaqişələrlə bağlı ortaq mövqe hazırlayıblar:

"Biz Misir və Qətərin Qəzza zolağında dərhal və daimi atəşkəsə nail olmaq, girov və məhbusların azad edilməsi üçün Birləşmiş Ştatlar ilə əməkdaşlıqda göstərdiyi böyük və mühüm səyləri dəstəklədiyimizi bir daha təsdiqləyirik və İsraili bunların uğursuzluğuna görə məsuliyyətə cəlb edirik. İsrail hökumətinin səyləri nəticəsində vasitəçilər razılaşmalardan imtina etdi".

Chosen
16
1
axar.az

7Sources