EN

“Bəyənmirsə, gedə bilər” - Musleradan Mourinyoya

“Qalatasaray”ın qapıçısı Fernando Muslera “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun türk futbolu ilə bağlı dediyi sözləri tənqid edib.

“Qafqazinfo” bu barədə “Diario AS” nəşrinə istinadən xəbər verir.

“Onun türk futbolunu təhqir etməsi və bəzi hakimlərə hücum etməsi məni narahat edən məqamlardır. 14 ildə 17 kubok qazanmışam. Verdiyim töhfələri nəzərə alsaq, məqsədim türk futbolunu inkişaf etdirməkdir. Dörd ay əvvəl bura gələn Mourinyo Türkiyə futbolunu tənqid edir. Bəyənmirsə, gedə bilər. Baxmayaraq ki, heç kim heç nə demir. Düşünürəm ki, bundan sonra kimsə ona nəsə deyəcək. Türk futbolunu inkişaf etdirənlərə diqqət yetirməliyik”, - qolkiper deyib.

Xatırladaq ki, portuqaliyalı baş məşqçi bir müddət əvvəl Türkiyə futbolu və hakim qərarları ilə bağlı tənqidi fikirlər səsləndirmişdi.

Chosen
63
3
qafqazinfo.az

4Sources