EN

Şəhidimizin qızı Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada kiçik yeniyetmələr arasında Avropa birinciliyini keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimiz yarışı 5 medalla başa vurub.

Taekvondoçularımızdan Esmanur Azayeva (36 kq) və Dərya Hüseynova (24 kq) bütün rəqiblərinə qalib gələrək çempion titulana yiyələnib.

Yalnız finalda məğlub olan Şahin Abdullayev (48 kq) və Aliyə Məmmədli (+57 kq) gümüş medal qazanıb. Yusif Zeynallı (52 kq) isə 3-cü yeri tutub.

Qeyd edək ki, yeniyetmə çempion Dərya 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elbrus Hüseynovun qızıdı.

Chosen
38
1
football-plus.az

2Sources