EN

Kolumbiyada milli fəlakət elan edildi

Kolumbiya prezidenti Petro ölkə daxilində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri səbəbindən milli fəlakət elan edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Boqotadakı Milli Vahid Komandanlıq Mərkəzində müvafiq qurumların rəsmiləri ilə görüşən Petro seldən zərər çəkmiş ailələrə daha sürətli yardım göstərmək üçün milli fəlakət elan etdiklərini bildirib.

Petro, iqlim dəyişikliyinin yaratdığı problemlərlə mübarizə apardıqlarını və ölkə daxilində bir çox bölgənin daşqınlardan ciddi şəkildə təsirləndiyini bildirib. Milli Risk İdarəetmə Birliyinin verdiyi açıqlamada, 46 min ailənin leysan yağışlardan mənfi təsirləndiyi qeyd edib. Sosial mediada yayımlanan görüntülərdə paytaxt Boqotanın şimalında magistral yolun daşqınlar səbəbindən su altında qaldığı və çoxlu sayda avtomobilin xilas olunmağı gözlədiyi görülüb.

Prezident Petronun bəyanatına görə, Milli Risk İdarəetmə Birliyi daşqınlardan ən çox zərər çəkmiş bələdiyyələrə yardım etmək üçün iki Kollektiv İnvestisiya Fondu vasitəsilə 2,5 milyard Kolumbiya pesosu (570,000 ABŞ dolları) ayıracaq.

Chosen
27
sia.az

1Sources