EN

“Qarabağ” “Benfika və “Barselona”ya şərikdir

Avropanın milli çempionatlarında ən çox böyükhesablı qələbə qazanan komandaların siyahısı müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, Misli Premyer Liqasının lideri “Qarabağ” da həmin cədvəlin ön sıralarındadır.

Çempionatın 13-cü turunda “Zirə”ni 4:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi cari mövsüm keçirdiyi 12 matçın yarısında – 6-da 3 və ya daha böyük hesabla rəqiblərini üstələyib. Qurban Qurbanovun yetirmələri bu göstəriciyə görə, “Benfika” (Portuqaliya), “Barselona” (İspaniya) və TNS-lə (Uels) üçüncü sıranı bölüşdürür.

Oyun sayı baxımından yalnız “Benfika” təmsilçimizi qabaqlaya bilər. “Barselona” və TNS isə daha çox qarşılaşma keçirərək 6 böyükhesablı qələbəyə nail olub.

Sıralamada ilk pilləni “Srvena Zvezda” tutur. Serbiya klubu ölkə çempionatında 14 matçdan 8-də rəqiblərini 3 və ya daha çox top fərqi ilə məğlub edib. “Sportinq” isə 11 oyunun 7-də bunu bacararaq ikinci sırada qərarlaşır.

"Cebheinfo.az"

Chosen
31
3
cebheinfo.az

5Sources