Ekvador millisinin və “Kito” klubunun futbolçusu Marko Anqulo vəfat edib.
Futbolpress.az xəbər verir ki, bu barədə yerli futbol federasiyasının mətbuat xidməti məlumat yayıb. 22 yaşlı oyunçu 7 oktyabrda avtomobil qəzasında ağır yaralanmışdı. Bir aydan çox davam edən müalicə effekt verməyib və futbolçu dünyasını dəyişib.
Anqulo bu ilin martında ABŞ-nin “Çinçinnati” klubundan “Kito”ya keçmişdi. O, Ekvador yığmasında iki oyuna çıxıb.a