EN

ABŞ-dan Haitiyə uçan sərnişin təyyarəsi eniş edərkən atəşə tutulub

ABŞ-dan Haitiyə uçan sərnişin təyyarəsi eniş edərkən atəşə tutulub

ABŞ-ın Kaliforniya əyalətindən Haitinin paytaxtı Port-au-Prinsə sərnişinləri daşıyan "Spirit Airlines"ə məxsus təyyarə eniş zamanı silahlı dəstə üzvləri olduğu düşünülən insanlar tərəfindən açılan atəşlə vurulub."Miami Herald"ın məlumatına görə, atəşə tutulan "Spirit Airlines"in 951 saylı reysi Dominikan Respublikasının Santyaqo hava limanına təhlükəsiz eniş edib."Spirit Airlines"in sözçüsü verdiyi açıqlamada Santyaqo hava limanına enən təyyarənin ilkin araşdırmalar nəticəsində güllələrdən dəyən kiçik ziyan səbəbilə xidmətdən çıxarıldığını və hadisə nəticəsində yalnız bir stüardessanın yüngül xəsarət aldığını bildirib.Hadisədən sonra "Toussaint Louverture" Beynəlxalq Hava Limanında bütün kommersiya reysləri dayandırılıb. Bununla belə, ABŞ-dakı bütün aviaşirkətlər də Haitinin paytaxtı Port-au-Prinsə uçuşları dayandırıb.Mənbə: AA

Chosen
29
afn.az

1Sources