EN

COP29-da Norveçin balıq ovuna ETİRAZ EDİLDİ

COP29-da Norveç hökumətinin dərin dəniz hasilatı və balina ovu ilə bağlı qanununa qarşı etiraz aksiyası keçirilib.

Modern.az xəbər verir ki, beynəlxalq təşkilatların, fəalların, fotoqrafların və müxtəlif ölkələrdən olan ekspertlərin dəstəyi əsasında İsveçrə, Kanada və Böyük Britaniya ekofəalları tərəfindən keçirilən aksiya "FINS" təşkilatının təşəbbüsü ilə COP29-un Yaşıl zonasında baş tutub.

İştirakçılar Norveç hökumətinin öz dəniz ərazilərində yerli hasilat şirkətlərinə dərin dəniz hasilatı üçün təbii ehtiyatlarının işlənməsinə lisenziyalar verməsi planları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər.

Qeyd edilib ki, bu qərarla əlaqədar dünyanın hər yerindən olan bir çox alimlər mümkün nəticələri qiymətləndirmək üçün elmi tədqiqatlar aparılana qədər işlərin dayandırılmasını təkidlə tələb edirlər.

Vurğulanıb ki, hasilat üçün nəzərdə tutulan ərazi Böyük Britaniya ölçüsündədir və Norveç sərhədlərindən kənardakı su ekosistemlərinə təsir göstərəcək:

"Norveç hökumətinə öz dənizlərində hasilatın başlanmasına qarşı petisiyanı imzalayan 800-dən çox beynəlxalq alimi dinləməyə və öz planlarına yenidən baxmağa çağırırıq. Bundan əlavə, biz Norveçi qanuniləşdirilən, eyni zamanda, dövlət tərəfindən subsidiyalaşdırılan balina ovunu dayandırmağa səsləyirik. Balina ovuna kvotalar artmaqda davam edir: bu il 2023-cü illə müqayisədə 15%-dən çox artırılıb və ətin əksəriyyəti ev heyvanları üçün yem istehsalına gedir", - deyə aksiya iştirakçıları vurğulayıblar.

Aksiya iştirakçıları bildiriblər ki, onlar beynəlxalq ictimaiyyəti Norveç hökumətinin ekologiya əleyhinə olan bu qanunu ilə bağlı müraciətlərini dəstəkləməyə çağırırlar və Norveç xalqının unikal dəniz ekosistemlərini qorumaq, balina ovunu dayandırmaq üçün öz liderlərinə təzyiq göstərəcəyinə ümid edirlər.

Chosen
44
13
modern.az

10Sources