EN

Məşhur rəssamların saxta əsərlərinin istehsalı və satışı üzrə geniş miqyaslı ŞƏBƏKƏ AŞKARLANDI – FOTO/VİDEO

İtaliya məşhur rəssamların saxta sənət əsərlərini istehsal edən və satan geniş miqyaslı ümumavropa şəbəkəsini üzə çıxarıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Bildirilir ki, İtaliya Benksi, Pablo Pikasso, Qustav Klimt və Endi Uorhol kimi məşhur rəssamların saxta sənət əsərlərini istehsal edən və satan geniş miqyaslı ümumavropa şəbəkəsini üzə çıxarıb.

Carabinieri Mədəni İrsin Qorunması Müdirliyinin məlumatına görə, əməliyyat nəticəsində 2,1 min saxta əsər müsadirə edilib.

Onları orijinal qiymətlərə yaxın qiymətlərlə bazara çıxarsaydılar, iqtisadi zərər 200 milyon avronu keçərdi.

Qeyd edək ki, istintaq keçən il bir iş adamının kolleksiyasından 200 saxta əşyanın, o cümlədən italyan rəssamı Amedeo Modiglianinin çəkdiyi rəsmlərin surətinin müsadirə edilməsindən sonra başlayıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
79
interpress.az

1Sources