EN

Xaqani Məmmədov I Liqa klubunu çalışdıracaq

“Difai” yeni baş məşqçisini açıqlayıb. 

Fanat.Az xəbər verir ki, I Liqa təmsilçisi millimizin sabiq futbolçusu Xaqani Məmmədovla anlaşıb.

48 yaşlı mütəxəssis komandanı cari mövsümün sonuna qədər çalışdıracaq. A kateqoriyaya malik Məmmədov son olaraq keçən mövsümün sonunda "Araz-Naxçıvan"da baş məşqçi Elmar Baxşıyevin köməkçisi kimi çalışmışdı.

Xatırladaq ki. “Difai” bu mövsümə Elgiz Kərəmlinin rəhbərliyi altında başlamış, daha sonra baş məşqçi postuna Adil Mahmudovu gətirmişdi.

Chosen
24
fanat.az

1Sources