EN

İsrail Ordusu: "Hizbullah"ın raket istehsalı zavodları məhv edilib

İsrail Ordusu Livanın paytaxtı Beyrutun ətrafında yerləşən, radikal "Hizbullah" təşkilatına aid raket istehsalı və silah anbarlarının böyük hissəsini məhv edib.

“Report”un xəbərinə görə, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

Hücumlar Beyrutun ətrafında "Hizbullah"ın əsas bazası sayılan Dahiyə şəhərində həyata keçirilib. İsrail tərəfi bildirib ki, radikal təşkilat bu obyektləri qəsdən mülki binaların altında yerləşdirib. Hərbi mənbələrin məlumatına görə, bu infrastruktur son 20 il ərzində inşa edilib və "İsrail dövlətinə ciddi zərər vurmaq məqsədilə yüzlərlə raket, mərminin istehsalı və saxlanmasına imkan verirdi".

Bildirilir ki, İsrail hərbi kəşfiyyatı bu obyektlərin yerləşdiyi barədə məlumatları illər ərzində toplayıb və nəticədə, bir neçə həftə ərzində İsrail Hərbi Hava Qüvvələrinin çoxsaylı hava zərbələri ilə həmin şəbəkənin böyük hissəsini məhv etmək mümkün olub. "Zərbələr zamanı bir çox partlayışlar qeydə alınıb, bu da infrastruktur obyektlərində silahların olduğunu təsdiqləyir", - Mətbuat xidmətindən bildirilib.

Chosen
43
14
far.az

10Sources