EN

Britaniya nəşri Ukraynada prezident seçkisinin keçiriləcəyi tarixi açıqladı: Zelenskinin rəqibi kim

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukraynada 2025-ci il mayın 25-də prezident seçkisi keçirilə bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın "Economist" jurnalı yazıb.
"Ukraynada əhvali-ruhiyyə aşağı düşdüyü üçün rəhbərliyin dəyişdirilməsi ilə bağlı müzakirələr aparılır", - deyə nəşr bildirib.
Həmçinin artıq ölkədə regional seçki qərargahlarının səfərbər olunduğu və namizədlərin siyahıları üzərində iş getdiyi də qeyd edilib.
Məqalə müəlliflərinin fikrincə, bu gün Volodimir Zelenskinin qələbə qazanmaq şansı azdır, çünki o, "mübahisəsiz hərbi lider" hesab edilmir.
Nəşrin əldə etdiyi ictimai rəy sorğularının nəticələrinə görə, Kiyev rejiminin başçısının rəqibi Ukrayna ordusunun keçmiş baş komandanı, Ukraynanın Londondakı səfiri Valeri Zalujnı olsaydı, "onun bəxti gətirməzdi".
"Zelenskinin yalnız bir çıxış yolu var... Bu, seçkinin keçirilməsidir", - deyə nəşrin əvvəllər Zelenski ilə işləmiş mənbəsi bildirib.
Chosen
34
35
oxu.az

10Sources