EN

90 faizi xaricə satılır: “Ona görə də daxili bazarda...”

Cəlilabad rayonunda çiyələk yığımı yekunlaşıb. 

Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il rayonda 606 hektar sahədə çiyələk bitkisi əkilib. 2023-cü ildə isə bu rəqəm 506 hektara bərabər olub. Cari il sahələrdən 16 100 ton məhsul toplanıb. 

Keçən il isə bu rəqəm 12 860 ton olub. Qeyd edək ki, hazırda rayon ərazisində gələn ilin məhsulu üçün çiyələk bitkisinin əkini aparılır və əkin sahələrinin 50-60 hektar artırılacağı gözlənilir. 

İqtisadçı-alim Vüqar Qocayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, qış aylarında çiyələyin qiyməti yüksək olur: 

“Ölkəmizdə qış ayları soyuq keçir. Bu səbəbdən istinaxanalardan geniş şəkildə istifadə olunur və xərcləri olduqca yüksəkdir.

Belə ki, ölkəmizdə istixanaların böyük əksəriyyəti dizel yanacağı hesabına fəaliyyət göstərir. Nəzərə alaq ki, yanacağın qiymətində artım olduğu üçün istixanalara çəkilən xərclər də artdı. İstixanalarda yanacaqla yanaşı, həmdə gübrə və dərmanlardan geniş şəkildə istifadə edilir. Bu kimi xərclərə görə istixanadan ölkədaxili bazara məhsul çıxarmağın özü belə çox məsrəflidir”. 

O qeyd edib ki, istixanalarda yetişdirilən meyvə və tərəvəzlər ixrac edilir:

“Daxili bazarda daha çox mövsümü meyvələr satışdadır. Az miqdarda mövsümü olmayan meyvələrin satışını görmək olur. Buna səbəb istixana şəraitində yetişdirilən məhsulların Rusiya və qonşu dövlətlərə ixrac edilməsidir. 

Təkcə bu il toplanan çiyələyin böyük bir hissəsi – 11 967 tonu xarici bazarlara (Rusiya və ərəb ölkələrinə) ixrac olunub. Bu, faktiki olaraq çiyələyin 90 faizinin ixrac olunması deməkdir. Belə olan halda çiyələyin baha satılması heç də təəcüblu deyil”. 

Chosen
63
cebheinfo.az

1Sources