EN

UEFA Azərbaycan klubunun “əsəbi” legionerinə ağır cəza kəsdi

UEFA “Zirə”nin legioneri Salifu Sumaya 3 oyun cəza verib.

Sportinfo.az xəbər verir ki, buna qvineyalı hücumçunun Avropa Liqasının I təsnifat mərhələsində Bakıda Moldovadan “Şerif”ə 1:2 hesabı ilə uduzduqları cavab matçındakı davranışı səbəb olub.

Görüşün 40-cı dəqiqəsində rəqib futbolçunun sifətinə əllə zərbə endirən 21 yaşlı forvard birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Nəticədə UEFA Sumanı diskvalifikasiya edib.

“Zirə” Moldovadakı ilk matçda minimal hesablı qələbə qazanıb. Bakıdakı görüşdə ümumi hesab (2:2) bərabər olduğu üçün qalib penaltilər seriyasında müəyyənləşib.

On bir metrlik cərimə zərbələrini daha dəqiq (5:4) yerinə yetirən “Şerif” II raunda vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi isə mübarizəni Konfrans Liqasında davam etdirib.

Lakin pley-off oyunlarında Kiprin “Omoniya” klubuna uduzan “qartallar” qrup mərhələsinin bir addımlığında avrokuboklarla vidalaşıb.

Chosen
56
sportinfo.az

1Sources