EN

Uranın sirləri: Yeni məlumatlar planetdə balıqlarla dolu okeanların ola biləcəyini göstərdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Uran planeti və onun beş ən böyük peyki əvvəllər düşünüldüyü qədər cansız olmaya bilər. Son tədqiqatlara görə, bu buzlu dünyaların səthinin altında balıqlarla dolu nəhəng okeanlar gizlənə bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə BBC xəbər yayıb.
Qeyd olunub ki, Uran haqqında biliklərin əksəriyyəti təxminən 40 il əvvəl NASA-nın planeti öyrənən missiyası sayəsində əldə edilib: planet ilk dəfə 1986-cı ildə görünüb, o zaman yaxınlıqdan uçan "Voyager-2" Uranın özünün və onun beş böyük peykinin heyrətamiz şəkillərini göndərib.
Lakin məlum olub ki, "Voyager-2"nin səfəri güclü Günəş fırtınası ilə üst-üstə düşüb. Bu isə əldə edilən məlumatların təhrif olunmasına və bu planetar sistem haqqında yanlış təsəvvürlərin formalaşmasına səbəb olub.
Kadrların bir daha araşdırılması 40 il ərzində alimlərin Uran və onun beş ən böyük peyki barədə yanlış təsəvvür olduğunu ortaya çıxarıb.
"Bu nəticələr göstərir ki, Uranın planetar sistemi əvvəllər düşünüldüyündən daha maraqlı ola bilər. Orada həyatı dəstəkləyə bilən şəraiti olan peyklər və onların səthinin altında balıqlarla dolu okeanlar ola bilər!" - deyə London Universitet Kollecindən doktor Uilyam Dann bildirib.
NASA 2045-ci ilə qədər planetə çatacaq yeni missiya - orbital zond "Uran"ı buraxmağı planlaşdırır. Alimlər bir vaxtlar ölü hesab edilən bu uzaq buzlu dünyaların həyat üçün nə qədər əlverişli ola biləcəyini öyrənməyi ümid edirlər.
Qeyd edək ki, Uran Günəş sisteminin ən uzaq, soyuq və sirli planetlərindən biridir. Onun fırlanma oxu demək olar ki, orbit müstəvisində yerləşib. Yəni planet sanki aşırılıb və yan tərəfində uzanıb - bu da onu ən sirli planet edir.
Chosen
108
50
oxu.az

10Sources