EN

Jozef Borell gedərayaq, pensiyasına 15 gün qalmış… – Qabil Hüseynlidən reaksiya

Jozef Borell dekabrın 1-dən təqaüdə çıxır. Görünür ki, gedərayaq nəsə deməliydi və bu ispan diplomat özünü də, Avropa Birliyini də biabır edib. Bu sözləri Tribunainfo.az-a professor Qabil Hüseynli söyləyib. Onun sözlərinə görə, Aİ -nin baş diplomatı bütün insani dəyərlərə hörmətsizlik nümayiş etdirib. Q. Hüseynlinin fikrincə, dünyanı bölmək, insanları ayırmaq Avropa dəyərlərinə tamamilə ziddir: ” Jozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırır. Və bu sözlərinə görə də utanmır. Cənab Prezident layiqli cavab verdi. Dedi ki, əgər biz cəngəlliyiksə, onda bizdən kənar dayanın və bizim işlərimizə qarışmayın. Ancaq hər işə burun soxmaq onların şakəridir. Çox təəssüf edirəm ki, Borell pensiyaya çıxmasına 15-20 gün qalmış diplomata yaraşmayan ifadə işlədib”.

Roman

Chosen
28
tribunainfo.az

1Sources