EN

UFC döyüşçüsü pis vərdişini etiraf edib

UFC döyüşçüsü Karlos Prates nikotin asılılığından qurtula bilmir.

İdman.biz xəbər verir ki, bunu idmançının özü etiraf edib.

O bildirib ki, siqareti tərgitmək istəsə də, bacarmır: “12-13 yaşlarında siqaret çəkməyə başlamışam. Məktəbdə heç nə ilə məşğul olmurdum, çünki oxumağı sevmirdim. Hətta heç ağlıma gəlməzdi ki, bir gün peşəkar döyüşçü olacam. Gündə 8-10 ədəd siqaret çəkirəm. Bir dəfə bunu tərgitməyə cəhd etdim, amma bir həftə ərzində çəkim 5 kiloqram artdı. Hətta “Apex”dəki döyüşdən əvvəl də siqaret çəkdim, çünki orada içmək olmaz".

Qeyd edək ki, Karlos Prates UFC-də yarımorta çəki dərəcəsinin ən yaxşı 15 döyüşçü arasında yer alır.

İdman.biz

Chosen
34
idman.biz

1Sources