EN

“Yenidən meydanda o həyəcanı yaşamaq ayrı duyğudu” – Rüfət Quliyev

Dünən “Turan Tovuz”la “Kəpəz”in veteranları arasında yoldaşlıq oyunu keçirildi.

Bərabərliklə (5:5) bitən oyunun iştirakçıları arasında Rüfət Quliyev də var idi. Onun oyunla bağlı təəssüratı:

“Təəssüratım çox gözəldi. İlk növbədə öz adımdan "Kəpəz" və "Turan Tovuz" veteranlarını ürəkdən təbrik edirəm. Belə tədbirdə illər sonra görüşdük. Vidadi Əhmədova dərin minnətdarlığımı bildirirəm ki, 30 il sonra bizi bir araya gətirdi. Həm stadionda, həm də stadiondan kənarda gözəl görüş təşkil edildi. Tarixi yada saldıq. Baxmayaraq ki, 30 il keçib, amma "Fənərbaxça"ya qarşı oynadığımız heyətlə bir də oynadıq. Düzdü, arada görüşürdük, amma yenidən meydanda o həyəcanı yaşamaq ayrı duyğudu”.


RÖYANƏ OĞUZ
Chosen
52
football-plus.az

1Sources