EN

"Veysəloğlu MMC" işçi axtarır - VAKANSİYA

Veysəloğlu MMC

Ticari Marketinq üzrə Aparıcı mütəxəssis

Son tarix 13 dek 2024 - [email protected]

İş barədə məlumat:

  • Funksiya: Şirniyyat Kateqoriyası İdarəedici Direktorluq
  • İş yeri: Bakı şəhəri
  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək

Vəzifə funksiyaları: 

  • Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək
  • Məhsul kateqoriyalarında və bazarda formalaşan yeni məhsul kateqoriyalarında müəyyən edilmiş biznes məqsədlərinə nail olmaq üçün Ticari Marketinq Strategiyasının inkişafı üçün planlamada iştirak etmək
  • Ərazi ziyarətləri- POS (satış nöqtəsi) üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, cari promosyonların və stok səviyyəsinin monitorinqi
  • Stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar və ya promosyonlar üzrə ticari planlamalar hazirlayib satış komandasina təklif etmək,
  • KA və ənənəvi ticarət kanalı müştəriləri üçün hər bir brend menecerlə (planoqram, tanıtım, ticarət, kommunikasiya) kommunikasiyani təşkil etməklə kateqoriyanı  idarə etmək
  • BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət və hədəflərin təyin edilməsi,dadım aksiyaları, tanitim tipli hədiyyəli aktivliklər və s. planlanması və icrasina nəzarət)
  • Ticari təkliflərin və  istehlakçı təkliflərinin proqnozlaşdırılması və razılaşdırılmış dövrü planlaşdırma təqviminə uyğun olaraq tələbin planlaşdırma komandasına ötürülməsi
  • Ticari aktivliklər üzrə təxmini satışlara nail olmaq üçün satış meneceri ilə mütəmadi əlaqə saxlamaq
  • KA tipli satış nöqtələrinin müvafiq kateqoriyaları ilə görüş, aksiyaların müzakirəsi, tətbiqi və təqibi.
  • Müvafiq satış kanallarının kateqoriya idarəetmələri ilə promo aksiyaların xərclərinin üzləşdirilməsi

Vəzifə tələbləri:

  • Ali təhsil (İqtisadiyyat sahəsi üzrə)
  • FMCG sahəsində 3 il və daha çox iş təcrübəsi
  • Ticari marketing üzrə təcrübə
  • Azərbaycan və ingilis dillərində sərbəst bilmək;
  • Analitik düşünmə qabiliyyəti, problemləri müəyyən etmə bacarıqları;
  • Kommunikasiya və təqdimetmə bacarığı;
  • Microsoft Office proqramlarını bilmək;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma
  • Nahar ilə təmin edilmə

Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Ticari Marketinq üzrə aparıcı mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər. 

Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Chosen
59
fed.az

1Sources