EN

“Saakaşvili həbsxanadan çıxa bilməyəcək”

“Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili ona qarşı başqa cinayət işləri açıldığı üçün indiki prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək”.

Yenicag.az xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze “İmedi” telekanalına müsahibəsində deyib.

“Bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır və prezidentin əfv fərmanı o baxımdan mənasını itirir ki, əgər Zurabişvili belə bir qərar qəbul edərsə, o, azadlığa buraxıla bilməyəcək. Çünki ona qarşı qaldırılan başqa mühüm işlər də var”, – deyə o qeyd edib./Report/

Chosen
50
13
yenicag.az

10Sources