EN

Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənən birliyi ŞƏRH

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayib. Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası keçirilib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Zirvə görüşünün işinə uğurlar arzulayıb. S.Japarov çıxışında Azərbaycanda keçiriləcək COP29 konfransına diqqət çəkərək bildirib:“Tezliklə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Hörmətli Azərbaycan Prezidenti belə bir böyük Zirvə toplantısına ev sahibliyi edəcək və biz Azərbaycan hökumətinə bu mövzu ilə bağlı hər cür dəstək göstərməyə hazırıq”. Artıq bu gün beynəlxalq konfrans reallığa çevrildi.Təhlükəsiz və sabit Azərbaycanda COP29 öz işini uğurla davam etdirir.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının türk xalqlarını daha da yaxınlaşdırdığını bildirib. Kasım-Jomart Tokayev ortaq türk əlifbasının yaradılması, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Zirvə görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında bir sıra mühüm məsələlərə toxunaraq qeyd edib ki, bu, mənim son iki ildə Qırğız Respublikasına üçüncü səfərimdir. Hər səfərimdə Sadır Nurqojoyeviçin rəhbərliyi ilə ölkədə inkişafın şahidi oluram. Əldə edilmiş bütün uğurlar münasibətilə qardaş Qırğızıstanı təbrik edirəm. Cənab Prezident həmçinin, Türk Dövlətləri Təşkilatına uğurlu sədrliyinə görə, Qazaxıstana da öz təşəkkürünü çatdırdı. Daha sonra Azərbaycan Prezidenti qeyd edib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Təşkilatımız bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.

Ölkəmizin başcısı daha sonra Azərbaycanda keçiriləcək olan COP29 iqlim konfransına ev sahibliyi edəcəyini vurğulayıb ki, keçən ilin dekabrında 200-ə yaxın ölkə Azərbaycanın namizədliyini yekdilliklə dəstəkləmişdir. Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmətinin və dəstəyinin təzahürüdür.

Bişkekdə keşirilən 11-çi Zirvə görüşü TDT-nin getdikcə möhkəmlənən bir birlik olduğunu dünyaya nümayiş etdirdi.

Nazim BÜNYATOV,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Chosen
30
sesqazeti.az

1Sources