EN

Türkiyə “Nüvə Enerjisinin 3 dəfə artırılması haqqında Bəyannamə”ni imzalayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə “Nüvə Enerjisinin 3 dəfə artırılması haqqında Bəyannamə”ni imzalayıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin 29-cu Konfransında 2050-ci il üçün xalis sıfır hədəfinə nail olmaq istiqamətində nüvə enerjisinin əhəmiyyəti bir daha vurğulanıb.

Ötən il Dubayda keçirilən COP28-də ABŞ-ın təşəbbüsü ilə Fransa, Yaponiya və Cənubi Koreya kimi nüvə enerjisi sahəsində aparıcı dövlətlərin imzaladığı “Üçlü Nüvə Enerjisi Bəyannaməsi” bu il daha 6 ölkə tərəfindən imzalanıb.

İmzalayan ölkələrdən biri də Türkiyə olub. Bu imza ilə Türkiyə digər tərəf ölkələri kimi, 2020-ci ilə nisbətən 2050-ci ildə qlobal nüvə enerjisinin quraşdırılmış gücünü üç dəfə artırmaq üçün birgə işləməyi öhdəsinə götürüb.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
119
50
banco.az

10Sources