EN

Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti: Planetin qorunması QHT-lərin töhfəsi olmadan mümkün deyil

Planetin gələcək nəsillər üçün qorunması ilə bağlı səfərbər olmaq, məlumatlılığı artırmaq və iqlimin maliyyələşdirilməsi siyasətinə geniş dəstəyi təmin etmək vətəndaş cəmiyyətinin töhfəsi olmadan mümkün deyil.

"Far.Az" xəbər verir ki, bunu Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti Əhməd bin Məhəmməd Əl Cərvan COP29 çərçivəsində təşkil olunan Azərbaycan, BƏƏ və Braziliya qeyri-hökumət təşkilatlarının (QHT) birgə müzakirəsində deyib.

O qeyd edib ki, Vətəndaş cəmiyyəti təkcə ekoloji proqramların həyata keçirilməsində deyil, həm də ictimai rəyin istiqamətləndirilməsində, iqlim problemləri ilə bağlı məlumatlılığın artırılmasında və qərar qəbul edənləri davamlılıq üçün səylə işləməyə sövq etməkdə fundamental rola malikdir:

"Bu kontekstdə qeyri-hökumət təşkilatları Tərəflər Konfransının məqsədlərinə nail olmaq və ekoloji mirasın davamlılığını artırmaq məqsədi daşıyan icma layihələrinin həyata keçirilməsində və maarifləndirmə kampaniyalarının təşkilində mühüm rol oynayır. Qeyri-hökumət təşkilatları müxtəlif təşəbbüsləri ilə dövlət və özəl qurumlarla geniş əməkdaşlıq körpüləri qura bilirlər ki, bu da davamlılığa nail olmaq üçün göstərilən səylərin səmərəliliyini artırır".

Chosen
89
2
far.az

3Sources