EN

“Acwa Power”: Pensiya fondlarını, sığorta şirkətlərini bizimlə işləməyə inandırmağa çalışırıq


"Acwa Power" şirkəti olaraq Səudiyyə Ərəbistanı və Özbəkistanda yaşıl hidrogenə sərmayə qoymuşuq.

APA xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çərçivəsində təşkil edilən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ( AZPROMO) ilə birlikdə “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması” tədbirində "Acwa Power" şirkətinin Baş Direktoru Marco Arcelli deyib.

Şirkət rəhbəri müxtəlif qurumları "yaşıl" keçid ətrafında birləşməyə çağırıb:

"Biz fəaliyyət göstərdiyimiz hər bir cəmiyyət üçün ən səmərəli həlli təmin edirik. Lakin bunu təkbaşına edə bilmərik, ona görə də ən yaxşı texnologiyaları, ən yaxşı maliyyə həllərini gətirmək üçün köməkçi kimi çıxış edirik. Biz ən yaxşı maliyyəni gətirməklə dünyanın ən yaxşı texnologiyalarını ucuzlaşdırırıq. Bizə maliyyə təşkilatları ilə işləmək lazımdır, onlar müqavilə müddətini 20-25 ilə qədər artırsınlar ki, müqavilə daha uzun və xərclər aşağı olsun. Adambaşına düşən gəliri 2000, ildə 3000 dollar olan ölkəyə 15 milyard ABŞ dolları sərmayə qoyuruq. Biz Azərbaycanda və başqa yerlərdə də işləyirik. Biz getdikcə daha çox pensiya fondları, sığorta şirkətləri kimi müəssisələri bu ölkələrdə bizimlə işləməyə inandırmağa çalışırıq", - deyə o əlavə edib.

Chosen
54
1
apa.az

2Sources