EN

GP Cotton Holdings COP29 çərçivəsində “Daha Yaxşı Pambıq” Konfransını keçirdi

Bakı. Trend:

GP Cotton Holdings, ölkəmizin pambıq sənayesinin lideri olaraq,COP29 Qlobal Konfransı çərçivəsində “Daha Yaxşı Pambıq” Konfransınıtəşkil edib. Tədbir pambıq sənayesinin dəyər zəncirində olanmaraqlı tərəfləri bir araya gətirərək, davamlı pambıq təsərrüfatıtəcrübələrinin inkişafı, problemləri və imkanları mövzusundamüzakirələr aparmaq məqsədilə təşkil olunub.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri MəcnunMəmmədovun iştirak etdiyi və GP Cotton Holdings şirkətinin sədriYoung Simpson tərəfindən idarə olunan tədbirdə, Better CottonInitiative təşkilatının Standartlar üzrə Direktoru YannisBellinghausen, Beynəlxalq Pambıq Məsləhət Komitəsinin (ICAC) İcraçıDirektoru Erik Traxtenberg, UzTextile Assosiasiyasının Sədri, CənabMirmuxsin Sultanov və Prime Cotton şirkətinin baş direktoru RövşənMahmudov çıxış edib.

Müzakirələr davamlı təcrübələrin dayanıqlılığı artırmaq, ətrafmühitə təsiri azaltmaq və kənd yerlərinin inkişafına dəstək olmaqbaxımından əhəmiyyətini vurğulayıb. Spikerlər uğur hekayələri vəinnovativ strategiyalar paylaşaraq, siyasət və sənayeəməkdaşlığının dəyişiklik üçün vacibliyini önə çəkdiblər.

“Better Cotton Initiative ilə əməkdaşlıq etmək GP Cotton vəAzərbaycan üçün yalnız irəliyə doğru bir addım deyil, həm dədayanıqlı pambıq istehsalında əsas oyunçu mövqeyini tutmaq üçünböyük bir sıçrayışdır. BCI standartlarına uyğunlaşaraq, biz Qərbölkələrində məsuliyyətlə əldə edilən materiallara artan tələbatauyğunlaşa, daha geniş ixrac imkanlarının qapısını aça və qlobaltekstil bazarlarında etibarlı tərəfdaş kimi nüfuzumuzu yüksəldəbilərik,” deyə Cənab John Young Simpson qeyd etdi.

Better Cotton Initiative (BCI) pambıqsənayesində davamlı kənd təsərrüfatı təcrübələrini təşviq edərəkinqilabi dəyişikliklər yaradır. 2009-cu ildə yaradılan BCI,fermerlərə su istifadəsini azaltmaq, pestisidlərin tətbiqiniminimuma endirmək, torpaq sağlamlığını yaxşılaşdırmaq və ədalətliəmək standartlarını qorumaq üçün alətlər və təlimlər təqdimedir.

Hazırda Better Cotton qlobal pambıqistehsalının əhəmiyyətli bir hissəsini təşkil edir. H&M, IKEAvə Nike kimi əsas markalar öz təchizat zəncirlərində BetterCotton-u istifadə edərək həm davamlılıq məqsədlərinə, həmdə istehlakçı tələblərinə uyğun hərəkət edirlər.

GP Cotton Holdings Azərbaycanın pambıq və tekstilistehsal edən ən böyük müəssisəsidir. Şirkət, pambığınbecərilməsindən və yığılmasından başlayaraq emal və hazır geyimistehsalına qədər bütün istehsal zəncirinə nəzarət edən şaquliinteqrasiya olunmuş qrup kimi fəaliyyət göstərir. Bu hərtərəfliyanaşma ciddi keyfiyyət nəzarətini təmin edir və dünya miqyasındamüştərilərə yüksək keyfiyyətli məhsullar təqdim edir.

Müəssisə pambıqçılıq sənayesində fəaliyyətini sahibi olduğu ikişirkət üzərindən təşkil edir:

Prime Cotton MMC fermerlər və aqronomlarlabirgə xam pambığın becərilməsi, tədarükü və emalı istiqamətindəfəaliyyət göstərir. İstehsal zamanı davamlılıq və istehsalatxəttinin izlənilməsi müəssisə üçün əsas prioritetlərdir.

GiLTEX MMC isə, geniş çeşiddə və müxtəliftəyinatlı parçalar, həmçinin ev tekstili, xüsusi geyimlər,uniformalar və gündəlik geyimlər kimi müxtəlif hazır tekstilməhsulları istehsalına yönəlib. Müəssisə iplik, toxuculuq, boya,geyim və tibbi maska fabriklərindən ibarətdir.

İnteqrasiya olunmuş fəaliyyəti və davamlılığa bağlılığı iləGP Cotton Holdings, Azərbaycanın tekstilsənayesində əsas rol oynayaraq, həm yerli iqtisadiyyata, həm dəbeynəlxalq bazara mühüm töhfələr verir.

Chosen
25
1
az.trend.az

2Sources