EN

Kamran Əliyev BMT-nin Baş Katibinin Qanunun Aliliyi və Təhlükəsizlik Təsisatlari üzrə köməkçisi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Baş Prokuror Kamran Əliyev BMT-nin Baş Katibinin Qanunun Aliliyivə Təhlükəsizlik Təsisatlari üzrə köməkçisi Aleksandr Zuyev iləgörüşüb

Baş Prokurorluqdan Trend-ə bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında(COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalqtəşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsiləgörüşlər keçirilir.

Noyabrın 14-də Baş prokuror Kamran Əliyev BMT-nin Baş KatibininQanunun Aliliyi və Təhlükəsizlik Təsisatlari üzrə köməkçisiAleksandr Zuyevin rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.

Qonaqları səmimi salamlayan Baş prokuror Kamran Əliyev,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinbilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkilolduğunu qeyd edərək tədbirin iqlim dəyişmələrinin mənfi təsirinəqarşı birgə mübarizəyə böyük töhfə olacağını bildirib.

Azərbaycanın BMT ilə sıx əməkdaşlığının olduğunu bildirən KamranƏliyev Azərbaycanın BMT-nin iqlim, qanunun aliliyi vətəhlükəsizliklə bağlı prioritetlərini hər zaman dəstəklədiyini qeydedib.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-ninNarkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindəntəşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlərNazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək"İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarınınsəfərbər olunması" adlı yüksək səviyyəli sessiyası barədə danışantərəflər ekoloji cinayətlərin təqibində birgə əməkdaşlığınəhəmiyyətli olduğunu bildiriblər.

Aleksandr Zuyev səmimi qəbula və qonaqpərvərliyə görətəşəkkürünü bildirib, ölkəmizdə keçirilən ən böyük iqlim konfransı,COP29-un Azərbaycanın sədrliyi ilə yüksək səviyyədə təşkiledildiyini vurğulayaraq Azərbaycanın iqlim dəyişmələrinin mənfitəsirinə qarşı apardığı mübarizə işinin BMT tərəfindən yüksəkqiymətləndirildiyini qeyd edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Kamran
Kamran
Kamran
Kamran
Məqalədə:
Chosen
73
3
az.trend.az

10Sources