EN

Dieqo Forlan tennis karyerasına məğlubiyyətlə başlayıb

Uruqvay millisinin sabiq futbolçusu Dieqo Forlan peşəkar tennisdəki ilk oyununda məğlub olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 45 yaşlı keçmiş hücumçu paytaxt Montevideoda təşkil olunan beynəlxalq turnirdə çıxış edib.

O, cütlüklərin yarışında argentinalı tennisçi Federiko Koria ilə birlikdə mübarizə aparıb. Onlar Boris Arias/Federiko Sebalyos (Boliviya) cütünə uduzublar - 0:2 (1:6, 2:6)

O, daha əvvəl Peruda veteranlar arasında keçirilən turnirə qatılmışdı.

Qeyd edək ki, Dieqo Forlan karyerası ərzində İngiltərədə "Mançester Yunayted", İtaliyada "İnter", İspaniyada "Atletiko" klublarının da formasını geyinib.

İki dəfə "Qızıl buts"un qalibi olan oyunçu 2010-ci ildə təşkil edilən dünya çempionatının ən yaxşı futbolçusu seçilib. Forlan 2011-ci ildə Amerika Kubokunu da qazanıb.

Milli.Az

Chosen
56
milli.az

1Sources