EN

“Araz-Naxçıvan” hazırlığı 5 əskiklə bərpa etdi

Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək 3 gün istirahət edən “Araz-Naxçıvan” bu gün məşqlərini bərpa edib.

Arena.az xəbər verir ki, Buzovna qəsəbə stadionunda həyata keçirilən 90 dəqiqəlik məşqdə bəzi futbolçular iştirak etməyiblər.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilir ki, bərpa prosesini davam etdirən Vadim Abdullayev, Ramin Nəsirli və Karlos Jatoba, eləcə də milli komandanın düşərgəsində olan Mustafa Əhmədzadə, Moldova yığmasına yollanan qapıçı Kristian Avram məşqə qatılmayıblar. Əvəzində “Neftçi” ilə görüşdə zədələnən, bu səbəbdən “Zirə” və “Sumqayıt”la matçları buraxan Bəxtiyar Həsənalızadə komanda ilə çalışmalara qoşulub.

Qeyd edək ki, “Araz-Naxçıvan” milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən sonra noyabrın 22-də, Tovuz şəhər stadionunda “Kəpəz”lə üz-üzə gələcək.

Chosen
35
1
arena.az

4Sources