EN

Polşadakı miqrantlara şad xəbər: Onlara bu halda pul veriləcək

  Polşa öz vətənlərinə geri dönməyə razı olan miqrantlara pul ödəməyə hazırdır.

Bu barədə “Radio Zet” radiostansiyası məlumat yayıb.

“Bu, müəyyən bir şəxsin könüllü olaraq öz vətəninə qayıtması şansını artıran vasitələrdən biridir. Ödənişlər haqqında qanun layihəsi ilin sonuna kimi Seym deputatlarının müzakirəsinə təqdim edilməlidir. Təsdiqlənərsə, ödənişlər 2026-cı ilin yanvarında ödənməyə başlaya bilər. Ancaq biz İtaliya və ya Böyük Britaniyada olduğu kimi miqrantlar üçün düşərgələrin yaradılması imkanlarını istisna edirik” – deyə Polşanın Daxili işlər və administrasiya nazirinin müavini vurğulayıb.

 Polşalı məmur ölkəni tərk etməyə razı olan miqrantlara nə qədər pul veriləcəyini açıqlamayıb./Globalinfo.az  

Chosen
65
referans.az

1Sources