EN

BMT, üzv dövlətləri COP29-da reallaşan çoxtərəfli müzakirələrdə fəal iştirak etməyə səsləyib

BMT üzv dövlətləri COP29-da reallaşan çoxtərəfli müzakirələrdə fəal iştirak etməyə səsləyib.

"Report"un yerli bürosu xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında deyib.

Baş katibin sözçüsü bütün dünyanın və insanlığın iqlim böhranından əziyyət çəkdiyini bildirib və bu beynəlxalq summitin hər bir ölkəyə fayda verəcəyini deyib:

"Bizim üzv dövlətlərə mesajımız ondan ibarətdir ki, onlar COP29-da reallaşan çoxtərəfli müzakirələrdə fəal iştirak etsinlər. Aydındır ki, iqlim böhranı sərhəd tanımır, hamımıza təsir edir. Biz bunu gündəlik olaraq görürük. Doğma şəhərimizdə meşə yanğınları var, dünyanın müxtəlif yerlərini viran qoyan sellərdə görürük. Hər kəs masa arxasında olmalı və hamı COP29-da fəal iştirak etməlidir".

Chosen
121
2
far.az

10Sources