EN

Polşa NATO-nun baş katibinə Ukraynadan şikayət edib

NATO-nun baş katibi Mark Rütte Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosiniyak-Kamışla görüşüb. O, Ukrayna ilə bağlı Alyansın rəhbərinə şikayət edib...

Poliqon tvn24.pl saytına istinadən xəbər verir ki, məmur Polşanın artıq nə qədər işlər gördüyünü və Ukraynaya nə qədər kömək etdiyini, ukraynalıların isə "qısa yaddaşı" olduğunu bildirib. Varşava Ukrayna prezidenti Volodimir Zelenskinin "Polşanın mümkün olan hər şeyi etməməsi" barədə sözlərindən qəzəblənib.

Kosiniyak-Kamış xatırladıb ki, müharibənin ilk aylarında məhz Polşa hərbi texnika ötürüb və humanitar yardım təşkil edib.

"Demək olmaz ki, Polşa mümkün olan hər şeyi etmir. Polşa mümkün olan hər şeyi edib və etməkdə də davam edir. Amma elə bir xətt var ki, onu heç vaxt keçməyəcəm. Ukraynaya yardım limiti Polşanın təhlükəsizliyi məsələsidir. Əgər hansısa texnikanın ötürülməsi Polşa dövlətinin təhlükəsizliyini təhdid edəcəksə, mən sadəcə olaraq bu avadanlığı ötürməyəcəyəm", deyə milli müdafiə naziri bildirib.

O, Zelenskini Rusiya ilə başqa ölkələri birbaşa münaqişəyə cəlb etməyə çalışmaqda ittiham edib. Eyni zamanda, Kosiniyak-Kamış özü də etiraf edir ki, bu cür hərəkətlər müəyyən dərəcədə təbiidir.

"Amma bizim öz strategiyamız var. Dünən mən NATO-nun baş katibilə raketlərin vurulması ilə bağlı danışdım. İnanıram ki, əgər bütün alyansın Rusiyada raketlərinin vurulması ilə bağlı birgə qərarı olsaydı, bu mümkün olardı. Ona görə də heç bir NATO ölkəsi bundan qaçmamalıdır", deyə Polşa rəsmisi bildirib.

Poliqon.info

Chosen
93
12
poliqon.info

10Sources