EN

Mask Trampı “əsir alıb”: “Ondan qurtula bilmirəm”

Milyarder İlon Mask seçkidən sonrakı həftə ərzində ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında qalıb. 

“Cebheinfo.az” xəbər verir ki, “NBC News”öz mənbələrinə istinadən buun siyasətçinin ətrafını qıcıqlandırmağa başladığını yazıb.

Onlar bildiriblər ki, Maskın varlığı Trampın yaxın çevrəsində biznesmendən daha uzun müddət qalmış insanları “yormağa başlayır”. Onlar iddia edirlər ki, Mask öz rolundan kənara çıxır.

“O, özünü həmprezident kimi aparır və hər kəsin bu barədə bildiyinə əmin olmaq istəyir. O, prezidentin qələbəsi üçün özünü öyür. Onu dinləyən hər kəsə “America PAC” (Trampı seçkidə dəstəkləmək üçün yaradılıb) və “X” ilə öyünür. O, Trampın ona borclu olduğunu hiss etdirməyə çalışır. Prezidentin isə heç kimə borcu yoxdur”, - deyə kanalın həmsöhbətlərindən biri bildirib.

“NBC News”-un məlumatına görə, Mask seçkilərin nəticələrini izləmək üçün noyabrın 5-də Mar-a-Laqoya gəlib və  həftənin çox hissəsini orada keçirib.

Telekanalın mənbələrinin məlumatına görə, milyarder günün istənilən vaxtı iqamətgahda görünür, Trampla oturub onun zənglərinə və görüşlərinə qatılır. Daha əvvəl bildirilmişdi ki, Mask Trampın Ukrayna Prezidenti Vladimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbətində iştirak edib.

Başqa bir mənbə Maskın "hər şeyə dair fikri olduğunu" və bunu israrla paylaşdığını deyib.

“Bu, Trampın çevrəsini narahat etməyə başlayıb. O, hər şeydə söz sahibi kimi görünmək istəyir. Hətta belə olmasa belə”, - deyə kanalın həmsöhbəti əlavə edib.

“NBC News” yazır ki, Trampın özü Nümayəndələr Palatasının respublikaçıları ilə görüşdə Mask haqqında danışıb. Bir anda o, milyarderin daim yaxınlıqda olması haqqında deyib: 

“Elon evə getmək istəmir. Mən ondan qurtula bilmirəm”. Konqresmenlər bu bəyanatın zarafat olduğunu iddia edirlər.

Prezidentin sözçüsü KarolineLevitt Tramp və Maskın münasibətləri ilə bağlı verdiyi açıqlamada onları “Amerikanı yenidən möhtəşəm etmək üçün çalışan “böyük dostlar” adlandırıb.

Chosen
94
50
cebheinfo.az

10Sources